BƏƏdə koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı


Dünya 17 Fev 2020 08:08:00 87 0

BƏƏdə koronavirusa yeni yoluxma hadisəsi qeydə alındı

BƏƏ-də 37 yaşlı Çin vətəndaşında yeni növ koronavirusa yoluxma hadisəsi aşkar edildi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Twitter" səhifəsində xəbər yayıb.

37 yaşlı Çin vətəndaşında "COVID19" olaraq tanınan koronavirusa yoluxma hadisəsi aşkar edildi. Vəziyyəti sabitdir, xəstəyə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq mütəmadi nəzarət edilir", - Nazirliyin "Twitter" səhifəsində yazılıb.

Məlumatda yoluxma hadisəsinin sayca 9-cu olduğu, daha əvvəl 3 nəfərin sağaldığı bildirilir.