"Mənim motivasiyam məqsədlərimdir" Uğur hekayəsi FOTO
Digərləri 17 Fev 2020 07:55:00 125 0
Ülviyyə Cəfərzadə: "Bu günü dəyərləndirməliyik ki, sabah peşman olmayaq"
Son.az kaspi.az-a istinadən yazını təqdim edir.
Xəyal qurmağı sevir. Çünki xəyalların, arzuların bir gün mütləq reallaşacağına inanır. Hər bir qaranlıqda işıq axtarır və tapacağına da əmindir. Özünü hansı həyatın içində görürsə də, reallaşdırmağa çalışır: "Həyatlarını sıfırdan quran insanların eniş-çöküşləri çox olur. Məhz həmin o çöküşlər stabil gedən həyatı kökündən dəyişir. Bir gün özünüzə kənardan baxmaq şansınız olsa idi, özünüzü hansı həyatın içində görmək istəyərdinizsə, reallaşdırmağa çalışın. Qaranlığın içində belə, rəngli işıq var. Onu tapmaq baxacağın küncə bağlıdır".
Müsahibimiz Amerikada IBM şirkətində Cloud Computing üzrə developer Ülviyyə Cəfərzadədir.
Qafqaz Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsində təhsil alıb. Bakalavr təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA üzrə təhsilini davam etdirib. Azərbaycanda özəl şirkətlərdə yüksək maaşla işləsə də, karyerasını dondurub və xəyalının ardınca Amerikaya yollanıb. Özünün də dediyi kimi sıfırdan başlayıb. Amerikada hazırda çalışdığı sahə üzrə təhsil aldıqdan sonra planlarını addım-addım həyata keçirib. Gənc həmyerlimiz texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri, kompüter texnologiyaları sahəsində satış həcminə görə dünya lideri olan İBM şirkətində developer kimi çalışır.
- Stabil həyatınızı kökündən dəyişdiniz. Bakalavr, magistr təhsili və yaxşı iş... Nə üçün xaricə üz tutdunuz?
- Azərbaycanda çox yaxşı iş imkanlarım oldu. Sadəcə, mən tələbəlik illərindən Amerikaya getmək, orada yaşamaq barədə düşünürdüm. Amma buna risk etmirdim. 27 yaşımda gələcəyimi dəyişməyə qərar verdim və yola çıxdım. Arzularımı reallaşdırmaq üçün özümə şans verdim. Uşaq olanda hər kəsin xəyalları olur və öz xəyallarının arxasınca getmək istəyir. Amma mən artıq xəyal qurmur, qarşıma məqsədlər qoyurdum. Hədəflərimə getmək yolunda tək əngəlim risk idi. Peşman olsam belə, qorxmurdum. Çünki peşmanlıq da mənim üçün bir dərs olacaqdı. Anladım ki, yeni hədəflərə çatmaq üçün heç bir vaxt hansısa əngəllərə ilişib qalmaq lazım deyil. Həyatda nə çətinlik yaşayırıqsa, mütləq və mütləq onun həll yolları var. Sadəcə, ümidinizi itirməyin və inanın.
- Əcnəbi ölkədə sıfırdan başlamaq asan deyil. Yəqin ki, planlarınız hər zaman istədiyiniz kimi getməyib. Peşmanlığı belə, özünə dərs götürən bir xanım çətinliklərdən necə çıxır?
- Hər bir insanın həyatında bəzən hansısa nüanslar istədiyi kimi getməyə bilər. Ona görə də, insan güclü xarakterə sahib olmalı, vəziyyətdən asılı olmadan özünü motivasiya etməlidir. Bunun üçün insanın özünü yaxşı tanıması vacibdir. Yəni zəif və güclü tərəflərini bilməli, hədəflərinə gedən yolda demotivasiya olub gecikdirməməlidir. Əksinə, çətinliklərin üstünə gedərək, "qalib gələcəyəm" deyib özünü daha da ruhlandırmalıdır. Amerikada demotivə olmaq vaxt itkisidir. Mənim heç vaxt zaman itirmək fikrim olmayıb, əksinə, başqa alternativ tapıb yoluma davam etmişəm. Mənim motivasiyam məqsədlərimdir. Hər birimizin bu dünyada vaxt limitimiz var. Nə qədər aktiv həyat tərzi sürə bilməyə imkanımız varsa, ondan səmərəli istifadə etməliyik. Vaxt itirmədən məqsədlərimizə çatmalıyıq.
- İnsanların çoxu vaxt çatışmazlığından şikayət edir. Sizdə şikayətçisinizmi?
- Tez keçməsindən şikayətçiyəm. Zaman ən çox bizim əleyhimizə işləyən və hər zaman arxasınca qaçdığımız məfhumdur. Bir anlıq geri qayıda bilsək, nələri dəyişərdik deyə düşünürəm. Məsələn, hər kəs səhər durur işə gedir, çalışır və gəlir. Sürətlə gedən həyatda bəzən çox şeyi unuduruq. Mən indi zamanımın dəyərini bilirəm. Ətrafıma və özümə faydalı olmağa çalışıram. Özüm üçün yedim, yatdım, üstümü örtdüm deməklə, həyatın gözəlliyini dərk etmirik. İllərin tez keçməsi hər zaman kefimi pozur. Amma keçmişdə edə bilmədiklərimizi etmək üçün bu günümüz var. Bu günü dəyərləndirməliyik ki, sabah peşman olmayaq.
- Bəzi qadınlar düşünür ki, onların karyera yolu kişilərə nisbətən daha keşməkeşlidir. Sizcə, qadın karyera yolunda hansı çətinliklərlə üzləşə bilər?