"İndi Amerikada aldığım maaşı Azərbaycandan çıxanda qazanırdım" FOTO


Digərləri 17 Fev 2020 07:28:00 62 0

"İndi Amerikada aldığım maaşı Azərbaycandan çıxanda qazanırdım"  FOTO

Vüsal İbrahimli: "Əvvəllər ayda 200 şirkət işlə bağlı yazırdısa, "Facebook"dan sonra bu rəqəm 2 dəfə artdı"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Amerikada təhsil almaq arzusu olur, ancaq Azərbaycanda təhsil alır. Buna baxmayaraq, karyerası gözlədiyindən sürətli və uğurlu davam edir. Həm də ailə qurur, iki uşaqla Amerikada təhsilin asan olmayacağını düşünür. Ancaq işlə bağlı tez-tez Amerikaya səfər edir. Bir gün isə Amerika xəyalını gerçəkləşdirmək qərarı verir və ailəsi ilə birlikdə bu ölkəyə köçür.   "İndi Amerikada aldığım maaşı Azərbaycandan çıxanda qazanırdım. O cür şəraiti sırf Amerika xəyalına görə qoyub gəlmişəm" deyən müsahibimiz "Facebook" şirkətinin baş ofisində korporativ maliyyə üzrə analitik vəzifəsində çalışan həmyerlimiz Vüsal İbrahimlidir.   - Karyeranıza nəzər salanda aktiv biri olduğunuz görünür. Maraqlıdır, bu, məktəb illərində də belə olub, yoxsa universitetdən sonra daha aktiv olmusunuz?

- Məktəb vaxtı da aktiv şagird olmuşam, dərslərimi yaxşı oxumağa, əla qiymətlər almağa çalışırdım. Düzdür, 10-11-ci siniflərdə ali məktəbə hazırlaşdığım üçün heç də bütün fənlərdən qiymətlərim əla olmurdu, ancaq buna çalışırdım. Astronomiyaya böyük marağım var idi, coğrafiyanı çox yaxşı oxuyurdum. Ancaq bakalavr təhsilini İqtisad Universitetində almışam. Həmin ərəfədə universitetdə Xüsusi İstedadlar Qrupu (XİQ) açıldı və mən orda təhsil alan ilk tələbələrdən oldum. Ondan sonra daha da aktivləşdim. Bir də mənim kumirim var idi, ona baxıb həvəslənirdim.

- Maraqlıdır, o kumir kim idi?

- Bu mənim kiçik dayım olub. Mən universitetə hazırlaşdığım dönəmdə o, Avropada təhsil alırdı. Valideynlərim ixtisas seçimində dayımla məsləhətləşməyimi istəyirdilər. Aramızda yaş fərqi az olduğu üçün dayımla çox yaxşı anlaşırdıq. 2000-ci ildə mən İqtisad Universitetinə qəbul olanda, o da Harvard Universitetində təhsil qazandı. 1999-cu ildən 2009-cu ilə qədər dayım həyatımda önəmli rol oynadı. Bir çox işlərdə onunla məsləhətləşirdim. Sahəmiz fərqli olduğu üçün zamanla bu məsləhətlərə ara verildi. Sonra artıq mən başqalarının həyatında rol oynamağa başladım.   - Atanızla bağlı da danışaq. Ona kitab da həsr etmisiniz...

- Bunu özüm qeyd edəcəkdim (Gülür). Çünki atam mənə qarşı çox tələbkar və güvənli idi. Məni bir şəxsiyyət kimi yetişdirdiyi üçün və etdiyi fədakarlıqlara görə 50 illik yubileyini keçirdim və haqqında kitab yazdım. 

- Atanızın tələbkarlığından danışaq...

- Tələbkar və güclü vizyon yaradan adamdır. Onun tələblərini yerinə yetirməyəndə, günüm qara olurdu (Gülür). Həmişə məktəbə və hətta universitetə belə, gəlib dərslərimlə maraqlanırdı. Müəllimlərimə deyirdi ki, əgər Vüsal oxumasa, ayaqqabınızı çıxarıb başına vurun. Onun bu sözü bütün məktəbdə yayılmışdı. Özü istədiyi ali təhsili ala bilməmişdi, kolleclə kifayətlənmişdi, ancaq mənim üzərimdə tələb qoyurdu, deyirdi ki, pullu-pulsuz fərq etmir, ən yüksək fakültəyə girməlisən, nə lazımdır dəstək olacam. Mən 2000-ci ildə İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul oldum. O vaxt üçün prestijli və çətin qəbul olunan fakültələrdən idi.   - Ödənişli təhsil aldınız, yoxsa?

- Ödənişli idi, ancaq qaçqın olduğumuz üçün təhsil haqqı ödəmirdim. XİQ-də oxuduğum üçün isə rektor təqaüdü alırdım.   - Bəs magistr təhsili?

- Magistr təhsilimi Xəzər Universitetində Biznesin idarə edilməsi üzrə aldım. Təhsil haqqımı isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ödədi.   - Niyə?

- O vaxt İqtisad Universitetində rektorumuz keçmiş rabitə naziri Əli Abbasov idi. O, biz dördüncü kursda oxuyanda nazir təyin olundu. XİQ-i o yaratmışdı. Bildirmişdi ki, XİQ-də ən aktiv, yüksək nəticə göstərən, nümunəvi tələbələrin xaricdə təhsil alması, yaxud ölkədə güclü universitetlərdə oxumaları üçün təhsil haqqı cəhətdən kömək ediləcək. Mən Xəzər Universitetində magistr təhsili üçün qəbul olanda, Əli müəllimə məktub yazdım, nazirlik tərəfindən mənim təhsil haqqım təqaüd proqramı formasında universitetə ödənildi. 2004-2007-ci illərdə Xəzər Universitetində magistr təhsili aldım. Ona görə uzun oldu ki, arada təhsilimi dayandırıb hərbi xidmətə getdim, qayıtdıqdan sonra davam etdim. 

- Bir çox hallarda təhsili yarımçıq qoyub hərbi xidmətə getmirlər, iş, təhsil cəhətdən arada fasilə olmasını istəmirlər...

- Hərbi xidmət dövrü mənə əsgərliklə yanaşı, yaxşı iş təcrübəsi də qazandırdı. Çünki mən həmin dövrdə Müdafiə Nazirliyinin nəzdində bir idarədə ingilis, rus, türk dillərində əsgər-tərcüməçi olmuşam.    - Tərcümə işini də bilirdiniz?

- Mən bakalavr təhsili aldığım dönəmdə könüllü olaraq İqtisad Universitetinin elm şöbəsində tərcüməçi çalışırdım. Eyni zamanda ingilis dili müəllimimizin və dayımın məni cəlb etdiyi könüllü layihələrdə tərcüməçi işləyirdim. Tərcüməçi kimi fəaliyyətim əsgərliyə gedənə qədər çox olmuşdu.   - Ölkə xaricinə çıxmağınız, fərqli ölkələrin iş təcrübəsi ilə tanışlığınız nə vaxt oldu?

- Tələbəlik illərindən sonra Avropada yay məktəblərində çox olmuşam. Mən getdiyimdə həm də ölkəmizin təbliğatını aparırdım. Çoxlu təqaüdlü yay universitetlərində iştirak etmişəm. Onlardan ən yadda qalanı İsveçrədəki ETH-Surix (İsveçrə Federal Texnologiya İnstitutu) olub. Nəinki Azərbaycan, ümumiyyətlə, Orta Asiya, Şərqi Avropa, Orta Şərq - bütün bu regiondan bircə mən seçilmişdim. İsveçrədə Albert Enşteynin oxuduğu, həm də dərs dediyi universitetdə qalıb işləmək və oxumaq təklif olundu. O təklifi qəbul etməməkdə böyük səhv etdiyimi düşünürəm. Azərbaycanı orda heç kim tanımırdı. Ölkəmizə qayıdana yaxın hamı mənə "Mister Azərbaycan" deyirdi. Adımı deyə bilmirdilər, "Azərbaycan" deyə çağırırdılar. Qayıtdığımda mənə iş təklif edən şəxs dedi ki, güclü təbliğat bacarığın var, sən gələnə qədər heç kim ölkənizi tanımırdı, indi hamı "Azərbaycan" deyir. Sonra dəb düşdü, hamı orda bir-birini ölkəsinin adı ilə çağırmağa başladı.   Sonra da işlədiyim, magistr təhsili aldığım dönəmdə də ölkə xaricində təlimlərə, kurslara tez-tez göndərirdilər. Demək olar ki, hər üç aydan bir ölkə xaricinə gedirdim. 

- Azərbaycandakı karyeranız nə vaxt başladı?

- Bakalavr təhsilimi bitirdikdən sonra Azərbaycanda "AXA MBASK" sığorta şirkətində və "Azersun Holding"də çalışdım. Sonra hərbi xidmətə getdim. Qayıtdıqda isə Amerika bankı olan "TBC kredit"in Azərbaycan nümayəndəliyində işlədim. Sonra audit karyeram başlayıb. Təxminən 6-7 il qlobal audit şirkətlərində çalışdım. Eyni zamanda Azərbaycanda bir neçə beynəlxalq audit şirkətinin nümayəndəliyinin açılmasında birbaşa əməyim olub. Sonra Dünya Bankının Bakı ofisinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə həyata keçirdiyi layihədə maliyyə meneceri olaraq çalışmışam. XİQ-də və MBA fakültəsində 3 ilə yaxın ingilis dilində mühasibatlıq, maliyyə, sığortadan dərs keçmişəm. Amerikaya gəldiyimdə isə "Oxfam"ın Azərbaycandakı ofisində ölkə üzrə maliyyə meneceri kimi çalışırdım.   - Bəs Amerikaya getmək fikrinə nə vaxt gəldiniz?

Çəpər əyriliyi, yoxsa estetik əməliyyat?  Araşdırma like
  • 17 Fev 07:14  
Digərləri Çəpər əyriliyi, yoxsa estetik əməliyyat? Araşdırma

70-80 faiz insanda burun çəpəri əyriliyi olsa da, heç də hamıda əməliyy

arrow Ətraflı
Braziliya karnavalında atışma, beş nəfər yaralandı like
  • 17 Fev 07:09  
Dünya Braziliya karnavalında atışma, beş nəfər yaralandı

Braziliyanın San-Paulu şəhərində bazar günü keçirilən karnavalların bi

arrow Ətraflı
İtaliyada turistlərə maraqlı ola biləcək məkanlar like
  • 17 Fev 07:07  
Digərləri İtaliyada turistlərə maraqlı ola biləcək məkanlar

https://azertag.az/xeber/Italiyada_turistlere_maraqli_ola_bilecek_mekanlar-14159

arrow Ətraflı
Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı like
  • 17 Fev 06:52  
Dünya Cənubi Koreyada da koronavirusa yoluxanların sayı artdı

Cənubi Koreyada koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı

arrow Ətraflı
Cənubi Koreyaya sığınan KXDRin sabiq diplomatı parlament seçkilərinə hazırlaşır like
  • 17 Fev 06:30  
Digərləri Cənubi Koreyaya sığınan KXDRin sabiq diplomatı parlament seçkilərinə hazırlaşır

Koreya Xalq Demokratik Respublikasının (KXDR) sabiq diplomatı apreldə Cənub

arrow Ətraflı
Bakıda dörd avtomobil toqquşdu, xəsarət alan var like
  • 17 Fev 06:25  
Sosial Bakıda dörd avtomobil toqquşdu, xəsarət alan var

Bakının Suraxanı rayonunda zəncirvarı yol qəzası baş verib

arrow Ətraflı
Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı - YENİLƏNİB like
  • 17 Fev 05:20  
Sosial Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı - YENİLƏNİB

Çinin Hubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı art

arrow Ətraflı
Trampla Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu like
  • 17 Fev 05:10  
Dünya Trampla Ərdoğanın telefon danışığının təfərrüatları bəlli oldu

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərd

arrow Ətraflı
Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü like
  • 17 Fev 04:20  
Dünya Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd s

arrow Ətraflı
2070ci ilə qədər heyvanların və bitkilərin 1/3nin məhv olacağı gözlənilir like
  • 17 Fev 03:30  
Digərləri 2070ci ilə qədər heyvanların və bitkilərin 1/3nin məhv olacağı gözlənilir

Alimlər tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, iqlim dəyi

arrow Ətraflı
Gədəbəydə yol qəzasında 49 yaşlı kişinin ayaqları sındı like
  • 17 Fev 03:13  
Sosial Gədəbəydə yol qəzasında 49 yaşlı kişinin ayaqları sındı

Gədəbəy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır

arrow Ətraflı