Bakıda dörd avtomobil toqquşdu, xəsarət alan var


Sosial 17 Fev 2020 06:25:00 147 0

Bakıda dörd avtomobil toqquşdu, xəsarət alan var

Bakının Suraxanı rayonunda zəncirvarı yol qəzası baş verib

Bakının Suraxanı rayonunda zəncirvarı yol qəzası baş verib

“Report” xəbər verir ki, hadisə Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldrım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Ramin Şahbazov