Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı - YENİLƏNİB


Sosial 17 Fev 2020 05:20:00 134 0

Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı - YENİLƏNİB

Çinin Hubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Çindəkoronavirusun yeni ştammına (COVID-2019) yoluxanlarınsayı 70 500 nəfərə çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların 1770 nəfəri ölüb, 10 800 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,43 faizdən 2,50 faizə qalxıb.

02:59***

Çinin Hubey əyalətindəkoronavirusun yeni ştammına (COVID-2019)yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 1 696 nəfərə, yoluxanların sayı 58 182 nəfərə yüksəlib.

Gün ərzində 100 yeni ölüm hadisəsi baş verib.Yenilənmiş məlumatlara görə, Hubey üzrə koronavirusdan rəsmi ölüm nisbəti 2,82 faizdən2,91 faizə qalxıb.

Bununla yanaşı, virusdan sağalanların da sayı artaraq 6 639 nəfərə çatıb.

Hubeydə xəstələrdən 8 min nəfərinin vəziyyəti ağır, 1 700 nəfərin isəçox ağırdır. Xəstələrlə yaxından təmasda olmuş 71 600 nəfər nəzarətdədir.