Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü


Dünya 17 Fev 2020 04:20:00 122 0

Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

“Report” xəbər verir ki, bu barədə BMT-nin nümayəndəsi “Agency France Presse”ə açıqlamasında deyib.

Qeyd olunub ki, kənd sakinlərinə qarşı silahlı hücum cümə günü ( 14 fevral - Red) baş verib.

“Ölkənin bu hissəsində əhali ingilis dilində danışır. Ümumilikdə 22 nəfər qətlə yetirilib. Onlardan 14-ü azyaşlıdır” - deyə, BMT-nin Humanitar İşlər Koordinasiya OfisininKamerunun şimal-qərb və cənub-qərb bölgələrindəki nümayəndəsi Ceyms Nunan bildirib.

O, əlavə edib ki, naməlum şəxslər yaşı beşdən aşağı olan doqquz uşağı, hamilə xanımı və yanlarında uşaqları olan iki qadını öldürüblər.