Konqoda baş verən yol qəzasında 15 nəfər öldü


Dünya 17 Fev 2020 02:28:49 103 0

Konqoda baş verən yol qəzasında 15 nəfər öldü

Konqonun&paytaxtı Kinşasa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı on beş nəfər ölüb, azı 40 nəfər yaralanıb.

Konqonunpaytaxtı Kinşasa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı on beş nəfər ölüb, azı 40 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Radio Okapi” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qəza bazar günü Kinşasa Universitetinin yaxınlığında baş verib. Belə ki, daşla yüklənmiş yük maşınının sürücüsü idarəetməni itirərək digər avtomobillərə və motosikletlərə çırpılıb. Daha sonra bir neçə piyadanın üzərindən keçib.

Səhiyyə naziri Eteni Lonqondo bildirib ki, qəzada dünyasını dəyişən 14 nəfərin meyiti Kinşasa universitetinin “Klinikalar Mərkəzi”nin morquna yerləşdirilib. O, tibb mərkəzinə gəldiyini və burada təxminən qəzada xəsarət alan 40 nəfərlə görüşdüyünü bildirib.