Bakıda qonşu qonşusunu başından bıçaqladı - FOTO - VİDEO


Sosial 17 Fev 2020 01:13:03 102 0

Bakıda qonşu qonşusunu başından bıçaqladı - FOTO - VİDEO

Bu gecə paytaxt ərazisində növbəti bıçaqlanma hadisəsi baş verib.

Bu gecə paytaxt ərazisində növbəti bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi Yeni Yaşayış massivində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Nəhmətov Fariz Adil oğlu qonşuları tərəfindən döyülüb və daha sonra bıçaqlanıb.

Hadisə barədə “Report”a açıqlama verən Nəhmətov Fariz bildirib ki, qonşusu Qadir, oğlu İlkin və yeznəsi onu döyüb. Daha sonra baş və ayaq nahiyəsindən bıçaqla xəsarət yetiriblər.

Ancaq digər qonşuların müdaxiləsindən sonra Nəhmətov Farizi onların əlindən almaq mümkün olub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Ramin Şahbazov