Nəslin artması Quranın və hədislərin nəzərində


Digərləri 16 Fev 2020 23:45:00 130 0

Nəslin artması Quranın və hədislərin nəzərində

Qurani-Kərimdə nəslin çoxaldılmasına aid açıq bir ayə bəyan olunmamışdır. Ancaq bəzi ayələr evliliyin məhz nəslin davam etdirilməsi üçün vacib olduğunu qeyd etmişdir. "(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin". ("Nur" 32).

Baxmayaraq ki, bu ayə açıq şəkildə bəyan etməsə də, bu evliliyin səmərəsinin övladlar olacağına işarə etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimin başqa yerində oxuyuruq: "Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır". ("Nisa" 3).

Yenə də qeyd etməliyik ki, bu evliliyin səmərəsi əlbəttə ki, övlad dünyaya gətirməkdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Ey kişilər və qadınlar! Bir-biriniz ilə evlənin! Nəslə sahib olun və çoxalın. Həqiqətən, mən Qiyamət günü sizin vasitənizlə başqa ümmətlərə fəxr edəcəyəm".