Şəmkirdə ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB


Sosial 16 Fev 2020 23:25:00 141 0

Şəmkirdə ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrütaları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb. Daha bir neçə nəfərin isə ağır bədən xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza nəticəsində 31 yaşlı Şahin Ağalarov, 22 yaşlı Həsənov Elvin və Anar adlı şəxs yaralanıb. Dünyasını dəyişənlərin isə Orxan və Elməddin adlı şəxslərdir.

Digər ölən və yaralıların adları dəqiqləşdirilir.

***22:56

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində üç nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.