Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb


Dünya 16 Fev 2020 23:09:00 132 0

Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb

Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "France İnfo" radiostansiyası xəbər verib. Hadisə barədə yanğın-xilasetmə xidmətinə və polisə yerli fermerlərdən biri xəbər verib.

Anqulemadan uçan turist təyyarəsi Larzak aerodromunun uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb.

Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.