Behişt ancaq kişilər üçündür?


Digərləri 16 Fev 2020 21:20:00 140 0

Behişt ancaq kişilər üçündür?

Bəziləri iddia edirlər ki, behişt ancaq kişilərə aiddir. Bu, belədirmi?

Quran ayələrindən və hədislərdən belə qənaətə gəlmək olur ki, behişt həm kişilərə, həm qadınlara aiddir. "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin". ("Ali-İmran" 133).

Allah Təala adil olduğu üçün behişt nemətlərinin paylanmasında kişi və qadına bərabər gözlə baxır. Kişi ilə qadın arasında heç bir fərq qoymur.

Əgər insan mömindirsə və saleh əməllər yerinə yetirirsə, axirətdə mükafatını alacaqdır - istər kişi olsun, istərsə də qadın. Təkamül yolunu gedən bir insan mükafata layiqlidir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Zəhra (s.ə) insanlığın ən ali məqamına çatmışdı. Həzrət Məryəm (s.ə), Həzrət Xədicə (s.ə), Asiya kimi qadınlar kamala çatmaq yolunda heç də kişilərdən geri qalmamışdılar.

Ona görə də deyə bilərik ki, behişt ancaq təvqa əhlinin və kamala çatan insanların yeridir. Burada cins, irq və millət fərqi yoxdur.