Yatmaq vaxtı olduğunu biz necə başa düşürük?


Digərləri 16 Fev 2020 21:05:00 112 0

Yatmaq vaxtı olduğunu biz necə başa düşürük?

Gündəlik bioloji ritmlərin (bioritm) və ya sirkadiya ritmlərinin göbələkdən tutmuş, insana qədər Yer üzündəki bütün canlılar üçün səciyyəvi olduğunu bilirdinizmi?

Bütün canlıların, o cümlədən, yalnız güclü mikroskop vasitəsilə görünən kiçik bakteriayaların da gündəlik bioritmləri var: təqribən 24 saat davam edən bioloji proses ümumilikdə bizim həyat ritmimizi müəyyən edir.

Bəs siz, gündəlik bioritmlərin bizə necə təsir etməsi barədə nə bilirsiniz?

1. Gündəlik bioritmlər demək olar ki, Yer üzündə həyat yaranandanmövcuddur

abstrakt şəkil

Hesab edilir ki, Yer üzündə ilk canlı hüceyrə gündüz vaxtı ultrabənövşəyi şüaların təsiri ilə zərər görüb, axşam isə bərpa olunub. İnsan orqanizmi də belə işləyir. Gecə vaxtı, yuxuda olan zaman bərpa prosesləri fəaliyyətə başlayır.

2. Daxili bioloji saat yalnız insanda mövcud deyil

mimoza, güllər, bioritm, güllərin bioritmi, мимоза

Mimozanın öz bioritmləri var - hətta güllər də gecə açılır və gecə bağlanır.

Hesab edilir ki, gündəlik bioritmlər Günəş işığının təsiri altında Yer üzündəki enerji istehsal edən bütün canlılarda var. Lakin günəş işığı kimi xarici qıcıqlandırıcı amillərlə əlaqəyə baxmayaraq, sirkadiya ritmləri daxili - endogen mənşəyə malikdirlər və bununla da orqanizmin bioloji saatını təmsil edirlər.

Fransız botaniki Augustin Pyramus de Candolle hələ 1834-cü ildə müəyyən edib ki, mimozanın yarpaqlarını açdığı və bağladığı dövr bir sutkadan qısadır və təqribən 22-23 saat təşkil edir. Yəni mimozanın yarpaqları günün qaranlıq vaxtında açılır.

3. Bioloji saat bizim həyatımızın ritmini müəyyən edir

göbələklər, bioritm

Hətta göbələklər də daxili bioloji saatla yaşayır.

Gündəlik bioritmlər canlılara gecənin və gündüzün, yayın və qışın gəldiyini əvvəlcədən bilmək və bu hadisələrə hazırlaşmaq imkanı verir.

4. Sizin sinxronizasiya funksiyası olan daxili saatınız var

hipotalamus, beyin mərkəzi, beyin, гипоталамусGrinviç vaxtını unudun. Gündəlik bioritmləri əks etdirən saatınız dəqiqdir və həmişə sizinlədir.

Sizin sinxronizasiya prosesinə cavab verən əsas bioloji saatınız hipotalamusda (beyin nahiyəsi) yerləşir. Bu saat-sinxronizatorlar dirijor kimidir, gün ərzində müxtəlif vaxtlarda sizə müəyyən tənzimləyici siqnallar göndərir.

5. Sizin "periferik saatınız" da var

bioritm, bioloji saat periferik saatDaxili və periferik saat həmişə sinxronizasiya prosesində olur.

Sizin bütün orqanların və toxumaların periferik saatları var, hansı ki, sizin hipotalamusdakı əsas saatla sinxronlaşır.

6. Hər hüceyrədə saat var

hüceyrə, abstrakt

Hər hüceyrənin öz gündəlik ritmi və saatı var.

Sizin orqanizmin hər hüceyrəsi 24 saat ərzində hüceyrədə baş verən dəyişikliklərə cavab verən öz daxili saatı ilə yaşayır.

7. İllik ritm

ayı, qış yuxusu, beyin, медведь

Ayı qış yuxusuna qışın gəlməsindən xeyli əvvəl hazırlaşmağa başlayır.