Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir?


Digərləri 16 Fev 2020 20:05:00 158 0

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir?

Uşaqların "əla" və ya "zəif" qiymət almaq qorxusuyla yox, öyrənmək həvəsiylə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.

Lap kiçik yaşlarından uşaqlar ətraflarında olan hər şeyi kəşf etməyə həvəs göstərirlər. Qopardıqları otu diqqətlə nəzərdən keçirəndə də, ev heyvanlarıyla oynayanda da toxunduqları şeyin nədən ibarət olduğunu, nə hiss etdirdiyini, dadını bilmək istəyirlər.

Nəyisə mükafatlandırılmaq və ya cəzalandırılmamaq üçün etmələri, məsələn, yemək masası arxasında sakit oturmaları isə nadir hallarda olur.

Son.az gencaile.az-a istinadən bildirir ki, davranışları yönləndirən ilk faktor daxili (təbii maraq), digərləri isə xarici (mükafat və ya cəza) motivasiyalardır. Bəs, uşaqların yaxşı oxumalarını hansı daha yaxşı təmin edər? Onların mükafatlandırılmadan zövq almasına nail olmaq mümkündürmü?

Təbii marağın əhəmiyyəti

Kanadanın Quebec əyalətindəki Laval Universitetinin motivasiya üzrə mütəxəssisi professor Frederic Guay deyir ki, "Daxili motivasiya çox erkən yaşlarda özünü büruzə verir. Uşaqlar proaktivdirlər, hər şeyə maraq göstərmələri təbiətlərindən irəli gəlir. Müəllimlər və təhsil sistemi bunu təşviq etməlidirlər".

Guay və komandası daxili motivasiya sahəsində şagirdlərin ibtidai siniflərdən ali məktəbə qədər aldıqları qiymətləri araşdıran meta-analiz həyata keçirib, bu yaxınlarda nəticələrinin açıqlanacağı gözlənir.

Analiz 200 mindən çox şagirdi əhatə edən 344 araşdırmanın nəticəsi üzərində qurulub.

Fərqli motivasiya növlərinin çəkisini öyrənmək məqsədilə hazırlanmış anket göstəricilərindən məlum olub ki, konkret bir mövzuya xüsusi maraq göstərən şagirdlər o sahədə daha qabiliyyətli, daha əzmli və yaradıcı olurlar.

Bu istiqamətdə aparılmış digər araşdırmalar da eyni nəticəni üzə çıxarıb - daxili motivasiya uşaqların daha yaxşı oxumasına səbəb olur. Məsələn, Almaniyada həyata keçirilən araşdırmadan məlum olub ki, oxuduqları hekayələrdən zövq alan 7-9 yaşlardakı uşaqlar başqalarıyla rəqabətə girən digər həmyaşıdlarından daha bacarıqlıdırlar.

Yenə bu ölkəyə aid başqa bir araşdırma 8-10 yaşlardakı şagirdlərdə daxili motivasiya ilə oxuduğunu anlamaq arasında əlaqə olduğunu ortaya qoyub. Xarici motivasiya halında isə belə bir əlaqə müəyyən edilməyib.

Daxili motivasiyanın performansa müsbət təsiri təkcə uşaqlara xas hal deyil.

Məsələn, "West Point" hərbi məktəbində şagirdləri nəyin motivasiya etdiyi öyrənilən zaman daxili motivasiyası olanların rütbə alma, yüksəlmə ehtimalının daha çox olduğu üzə çıxıb.

Bəs, nə üçün qırmızı lent taxırıq?

Daxili motivasiyanı təşviq etmənin əhəmiyyətli olduğunu göstərən bu qədər sübut varkən, nə üçün mükafat-cəza üsulu aşağı siniflərdən başlayır? Uşaqları yaxşı oxumağa və ya nümunəvi davranmağa həvəsləndirmək üçün yaxalarına qırmızı lentlər taxılır, uğurlarını rəsmən sənədləşdirmək üçün rüblüklər paylanılır.

I-IV siniflər arasında müəllimlərin mükafat üsulundan istifadə səviyyəsini öyrənən araşdırmada mükafatın tərif variantından bütün müəllimlərin istifadəyə etdiyi bilinib.

Onların təxminən 80%-i sonradan mükafatlandırmaq üçün hər həftənin sonunda şagirdlərə bal verib. Başqa bir mükafatlandırma növü isə bacarıqlı şagirdləri başqalarından fərqləndirmək olub.

9 ildir ABŞ-ın Kaliforniya əyalətində 5-6 yaşlı uşaqlara dərs deyən Christine Dewart deyir ki, təhsil aldığı universitetdə daxili motivasiya məsələsinə böyük önəm verilib, mükafatlandırma üsulundan isə istifadə edilməyib.

Christine Dewart təcrübədə bunun əksini gördüyünü, sinfi idarə etmək üçün mükafatlandırmanın çox önəmli olduğunu deyir: "Bir şagirdin nümunəvi davranışını təqdir etmək digər şagirdləri də eyni davranışa təşviq edir".

Dewart narahatlıq və fiziki zorakılıq problemi olan bir şagirdi misal çəkir:

"Onu pis davranışına görə ön plana çıxarmaq istəmirdim, ona görə də mükafatlandırmanı nəzərdə tutan plan tətbiq etməyə başladım. Özünə nəzarət edə bildiyi hər 15 dəqiqəyə görə sonrakı 1 dəqiqəni istədiyi kimi davranmaq hüququ qazanırdı".

Sonra Dewart 15 dəqiqəlik müddəti 30 dəqiqəyə qaldırıb, ardınca da həmin şagirdin bütün dərs boyu sakit durmasına və diqqətini dərsə verməsinə nail olub. O, bu nəticəni mükafatlandırma vasitəsilə əldə edə bilib.

Daxili motivasiyanı artırmaq mümkündürmü?

Uşaqların təbii maraqlarını gücləndirmək və daha az maraqlı dərsləri də öyrənmələrinə nail olmaq onların yaxşı oxumasına gətirib çıxarırsa, tapşırığın özünü mükafata çevirmək üçün nə edə bilərik?

Edinburgh Universitetinin inkişaf psixologiyası üzrə mütəxəssisi Sarah McGeown hesab edir ki, uşağın daxili motivasiyasını təşviq etmək üçün müəllimlər və ailələr bəzi işlər görə bilərlər.

O, uşaqlara özlərini yaxşı oxucu kimi identikləşdirmək imkanı vermənin çox vacib olduğunu vurğulayır - onlar hətta komiks və ya jurnallar oxumağı xoşlasalar belə: