Hansı amillər insanı Allaha qarşı asi edir?


Digərləri 16 Fev 2020 19:55:00 143 0

Hansı amillər insanı Allaha qarşı asi edir?

İnsan üsyankar bir varlıqdır. Əgər Allahı tanıyıb onu qəbul etməsə və itaəti özünə sığışdırmasa - bu üsyanı davamlı olar. İnsanı üsyan etməyə vadar edən amillər ilə tanış olaq.

1. Dünya ləzzətləri. İnsan dünya ləzzətinə görə hər cür günah etməyə hazırdır. Çünki tamahkar və hərisdir. Dünya nemətləri onu özünə cəlb edir. Ona görə də deyə bilərik ki, üsyan etməsinin ilk amili - dünya ləzzətləridir.

2. Şeytanın (lən) pis şeyləri ona yaxşı göstərməsi. Şeytan (lən) günahı elə bəzəyir ki, insan onu yaxşı əməl kimi görür. Haram malı halal hesab edir. Naməhrəmə əl uzadır və insanların haqqını tapdalayır.

3. Əmmarə nəfsi. Son.az deyerler.org-a istinadən bildirir ki, insanın əmmarə adlı nəfsi vardır ki, onu daima günah etməyə tərəf cəlb edir və büdrəməsi üçün şərait yaradır. Din alimlərinin nəzərinə görə, əgər bu üç amil olmasaydı, insan günah etməzdi. Əgər insan etdiyi günahdan peşman olmazsa və ona davam edərsə, bu zaman günaha qarşı olan cazibəsi daha da güclənər və get-gedə insanlığa yaraşmayan əməllər yerinə yetirər və onlara adət edər.