Təsbehlərin növləri


Digərləri 16 Fev 2020 19:40:00 384 0

Təsbehlərin növləri

Təsbeh - Allah zikri üçün ənənəvi vasitədir. Əksər namazqılanlar namazdan sonra Allahı bu təsbehlə zikr edərlər. Eyni zamanda çoxlu sayda digər zikrlər də var ki, onları saymaq üçün təsbeh çox rahat vasitədir.

Təsbehlərin növləri vardır ki, onlarla tanış olaq.

1. Adi təsbeh. Son.az deyerler.org-a istinadən bildirir ki, bu təsbehdə 99 dənə daş olar, hər 33 dənəsindən sonra fərqli bir daş qoyular. Bir ədəd də başda olan fərqli dənə olur ki, bununla bir dənələrin sayı 100 olur.

2. Qısa təsbeh. Əgər Həzrət Fatimənin (s.ə) təsbihini etmək istəyirsinizsə, bu halda 33 dənəlik təsbeh çox rahatdır. Bu təsbehin cəmi 33 daşı olar. Bir ədəd də başda olan fərqli dənə olur ki, bununla bir dənələrin sayı 34 olur. Belə olan halda 34 "Allahu Əkbər", 33 "Əlhəmdulilləh" və 33 "Subhənallah" demək çox rahat olur.

3. Min dənəsi olan təsbeh. Adından da göründüyü kimi, bu təsbehin daşları min dənə olar. Adətən bu təsbeh uzun zikrlərdə istifadə olunar.

4. Türbət təsbehi. Məşhur olan bu təsbehin dənələri İmam Hüseyn (ə) hərəminin türbətindən hazırlanar. Bu da təsbehin dəyərini xüsusən qaldırar. Bu təsbeh Kərbəladan qayıdanların gətirdiyi ən gözəl hədiyyədir.

5. Ümmül-bənin təsbehi. Ümmül-bənin təsbehi həm də rəngarəng təsbeh adı ilə məşhurdur. Bu təsbehdə rəngli daşlardan istifadə olunmuşdur. Harada rəngli daşlardan olan təsbeh görsələr, adət üzrə onu Ümmül-bəninə nisbət verərlər.

6. Şah Məqsudi təsbehi. Bu təsbeh xüsusi daşlardan hazırlanmış bir təsbehdir. Bu təsbehdə olan daşların rəngi ya sarı olar, ya da yaşıl. Bu daşı Cəlalabad və Qəndəharda hazırlayarlar. Bu təsbehdən istifadə etdikcə, onun şəffaflığı daha çox artar.