"06” “UAZ”la toqquşdu:


Digərləri 16 Fev 2020 18:42:29 132 0

"06” “UAZ”la toqquşdu:

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Hərəkətə olan "Vaz 2106" markalı minik avtomobili ilə "UAZ" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər - rayonun  Fərzalı kənd sakinləri ,1977-ci il təvəllüdlü  Məsimov Hafiz Səməndər oğlu, 1977-ci il təvəllüdlü Rüstəmov Xəyyam Təhməz oğlu və 1983-cü il təvəllüdlü Yusibov Ramiz Arif oğlu xəsarət alıb.

Xəsarət alanlar Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə yola salınıblar. Xəyyam Rüstəmovun vəziyyəti daha ağır olduğundan paytaxta yola salınıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.