Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”


Dünya 16 Fev 2020 18:35:00 129 0

Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”

Münhendəki Paşinyan-Əliyev debatı məni məyus etdi.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın keçmiş Müdafiə naziri Artak Zakaryan öz "Facebook" hesabında yazıb.

O, Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib:

"Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər - bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı.

Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi".