Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb


Dünya 16 Fev 2020 18:40:00 130 0

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı artıb

Cənubi Koreyada daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, xəstələnən şəxs 82 yaşlı kişidir. O, ölkədən kənara çıxmayıb.

Bildirilir ki, bu yoluxma halı ilə birgə ölkədə yeni növ koronavirusa yoluxanların sayı 29 nəfərə çatıb.