Tramp limuzinlə yarışda iştirak edəcək


Dünya 16 Fev 2020 17:56:00 113 0

Tramp limuzinlə yarışda iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp öz limuzini ilə Milli Avtomobil Yarışları Dərnəyi Assosiasiyasının (NASCAR) dövrə yarışlarında çıxış edəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Foks Biznes" məlumat yayıb.

Məlumata görə, çıxış Florida ştatının Deyton-Biç şəhərində baş tutacaq.

Kanal bildirib ki, Tramp özünün "The Beast" adı verilən "Kadillak One" limuzinində yarışı izləyənləri salamlayacaq.