Yaponiyada koronavirusa yoluxanların sayı artdı


Dünya 16 Fev 2020 17:23:42 122 0

Yaponiyada koronavirusa yoluxanların sayı artdı

Yaponiyanın paytaxtı Tokioda koronavirusa 5 yeni yoluxma hadisəsi təsdiq edilib.

Yaponiyanın paytaxtı Tokioda koronavirusa 5 yeni yoluxma hadisəsi təsdiq edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tokio administrasiyasının xəbərində deyilir.

Qeyd edilir ki, yeni virusun aşkarlandığı insanlar ötən həftə xəstəlik diaqnozunun qoyulduğu taksi sürücüsü ilə ünsiyyətdə olublar.

Həkimlər hazırda təxminən həmin şəxslə ünsiyyətdə olmuş 100 nəfəri müayinə edib. Şənbə günü həmçinin onların arasında səkkiz yoluxma hadisəsi qeydə alınıb. Bütün pasiyentlər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normal qiymətləndirilir.

Hazırda Yaponiyada yeni koronavirusa yoluxanların ümumi sayı 400 nəfəri ötüb. Onlardan əksəriyyəti “Diamond Princess” gəmisinin sərnişinləridir