Elxan Ələsgərov: "Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı"


Siyasət 16 Fev 2020 17:01:00 130 0

Elxan Ələsgərov: "Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı"

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasınndakı müzakirə zamanı vəziyyəti Azərbaycan lideri diqtə edirdi.

Öz çıxışında o, vurğulayıb: "Bütün erməni rəhbərlər status-kvonu saxlamağa çalışır, azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır, işğal olunmuş ərazilərdən Ermənistan ordusu çıxarılmalıdır, onlar bu əraziləri saxlamaq istəyir. Heç vaxt!" Azərbaycan Prezidentinin səsləndirdiyi faktların təzyiqi ilə üz-üzə qaldıqda Ermənistan baş naziri Paşinyan daim yalan danışırdı. Səsləndirilən real faktları təkzib etməyə söz tapmayanda, o növbəti dəfə Qarabağın Stalin hakimiyyəti dövründə Azərbaycana verilməsi ilə bağlı erməni təbliğat yalanına əl atdı.

Bununla belə, Qafqaz bürosunun guya Dağlıq Qarabağın Azərbaycana verilməsi ilə bağlı erməni təbliğatının yalanı Prezident İlham Əliyev tərəfindən ifşa olundu. Azərbaycan Prezidenti panelin çoxsaylı iştirakçılarına bu sözlərlə müraciət etdi: "Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox".

Daha sonra dövlətimizin başçısı arqumentlərlə bəyan etdi: "Əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi". Dəfələrlə Paşinyanı geniş auditoriya qarşısında qoymaqla Prezident İlham Əliyev müzakirənin sonunda bəyan etdi ki, erməni xalqı artıq Ermənistanda öz müqəddəratını artıq təyin edib və əgər "ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!"

"Baku Network" Ekspert Şurasının direktoru Fəlsəfə doktoru Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm