Surroqat anadan 4cü övladı doğuldu


Digərləri 16 Fev 2020 14:07:00 111 0

Surroqat anadan 4cü övladı doğuldu

Robbi Uiliams və aktrisa Aida Fild növbəti dəfə valideyn olublar.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa İnstaqram səhifəsində məlumat verib. Cütlüyün budəfəki oğlunu da surroqat ana dünyaya gətirib.

Körpənin fotosunu səhifədə yayımlayan Aida uşağa Bo Benedikt Entonoven Uiliams adını verdiklərini bildirib.

Qeyd edək ki, onların 2018-ci ildə surroqat anadan dünyaya gələn Kolett Cozefin Uilyams adlı qızları və bioloji cəhətdən öz övladları olan Teddi və Çarli adlı uşaqları da var.