Salyanda ev tamam yandı


Digərləri 16 Fev 2020 12:39:00 150 0

Salyanda ev tamam yandı

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamış örtükdən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.