Ərdəbildə zəlzələ olub


Dünya 16 Fev 2020 12:28:00 191 0

Ərdəbildə zəlzələ olub

İranda Azərbaycanla sərhəddə yerləşən Ərdəbil əyalətində zəlzələ baş verib.

Son.az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 01:15-də Ərdəbil əyalətinin Səreyn bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.