İngiltərədə koronavirusa yoluxmaya görə şübhəli bilinən 9 xəstədən 8i sərbəst buraxılıb


Dünya 16 Fev 2020 11:33:00 154 0

İngiltərədə koronavirusa yoluxmaya görə şübhəli bilinən 9 xəstədən 8i sərbəst buraxılıb

İngiltərədə koronavirus (2019-nCoV) xəstəliyi diaqnozu qoyulmuş 9 nəfərdən 8-i xəstəxanalardan evə buraxılıb. 

Son.az bildirir ki, APA TASS-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Milli Sağlamlıq Sisteminin hesabatında bildirilib. 

Xəstələrdən götürülmüş 2 test nümunələrinin cavabı onlarda yeni virusun əlamətlərinin olmadığını ortaya çıxarıb. 

Hesabatda o da bildirilib ki, yanvarın sonlarında Çinin Uhan şəhərindən təxliyə edilən 94 britaniyalı üçün karantin müddəti başa çatıb. Onlar Uirral şəhərindəki  (Mersisayd Qraflığı)  xəstəxanada həkimlərin nəzarəti altında idilər.