Bu gün peşə məktəblərində buraxılış imtahanları keçirilir


Digərləri 16 Fev 2020 10:01:00 141 0

Bu gün peşə məktəblərində buraxılış imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış və dövlət qulluğuna qəbul imtahanları keçirilir.

DİM-dən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanında iştirak etmək üçün 15104 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Quba, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə 43 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq.

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı respublikanın 23 şəhər və rayonunda keçiriləcək. İmtahanda 3178 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanacaq.