Ərdoğan ilə Tramp arasında telefon danışığı olub


Dünya 16 Fev 2020 10:06:00 92 0

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Son.az Trend-ə istinadən bildirir ki, dövlət başçıları Liviyada sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıblar.

Görüşdə regional hadisələr, həmçinin ikitərəfli məsələlər müzakirə edilib.

Ərdoğan və Tramp Suriya rejiminin hücumlarının qəbuledilməz olduğunu qeyd edərək, Suriyanın İdlib bölgəsindəki böhranın tezliklə sona çatması barəsində fikir mübadiləsi aparıblar.