Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 22 dəfə pozdu


Digərləri 16 Fev 2020 09:37:25 109 0

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 22 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.