9 evdən pul, qızılzinət və məişət əşyaları oğurlayanlar saxlanıldı


Kriminal 15 Fev 2020 18:58:00 119 0

9 evdən pul, qızılzinət və məişət əşyaları oğurlayanlar saxlanıldı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov saxlanılmışlar.