"Aygünlə Könülün hisləri ilə niyə oynayırsan?"


Şou-biznes 15 Fev 2020 18:49:00 206 0

"Aygünlə Könülün hisləri ilə niyə oynayırsan?"

Meyxanaçı Namiq Qaraçuxurlu aktyor Elşən Orucovun "Youtube" layihəsi olan "Fəlidən doğru xəbər"də qonaq olub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı sənətçiyə ayağının sınması ilə bağlı suallar ünvanlayıb. O, Namiqin yalandan ayağının sınma xəbərini çıxardığını, gündəmə gəlmək istəyini deyib.

Qaraçuxurlu "Niyə Aygün Kazımova və Könül Kərimovanın hisləri ilə oynayırsan" sualına "Onların hissləri ilə oynamıram. Mahnı yazdıq oxuduq" cavabını verib.

Meyxanaçı ayağının sınmasına isə "Ayağım doğrudan sınmışdı" sözləri ilə reaksiya verib.