Çində kağız pullar da karantinə salınır


Dünya 15 Fev 2020 15:59:45 118 0

Çində kağız pullar da karantinə salınır

Çin Xalq Bankı (PBC) ölkədə koronavirusun yayılması ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində bazara

Çin Xalq Bankı (PBC) ölkədə koronavirusun yayılması ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində bazara 600 milyard yuana yaxın əskinas buraxaraq əvvəlki kağız pulları 7-14 günlük karantin üçün geri götürməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə PBC rəhbərinin (qubernatorunun) müavini Fan Yifei mətbuat konfransında bildirib.

“Xəstəliyin yayılmağa başlamasından sonra əhalinin nağd pullardan istifadəsilə bağlı təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqət yetirəırək bəzi tədbirlər görmüşük. Əvvəla, yeni əskinasların əhali tərəfindən rahat əldə olunmasına əmin olduq. Bu ilin 17 yanvar tarixinədək Çin Xalq Bankı ölkəboyu 600 milyard yuanadək (85,8 milyard ABŞ dollarına yaxın) yeni pulların yayılmasını təşkil edib” – deyə bank nümayəndəsi qeyd edib.