Sədr: "MSK-nın şöbə müdirini içəri buraxmamaq normal deyil"


Siyasət 15 Fev 2020 15:41:19 133 0

Sədr: "MSK-nın şöbə müdirini içəri buraxmamaq normal deyil"

MSK sədri: ​“Bəzi seçilməyən namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”

© Report — Məzahir Pənahov

“Bəzi seçilməyən namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır:

“Amma durub MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.