Camal Sürəyanın “qasığından öpdüyü” qadın kim idi?


Kriminal 15 Fev 2020 15:43:00 152 0

Camal Sürəyanın “qasığından öpdüyü” qadın kim idi?

Son.az Kulis.az-a istinadən tanınmış türkiyəli qadın yazar Tomris Uyarın üç böyük türk şairi haqqında sevgi xatirələrini təqdim edir.

Bir qadın düşünün ki, arxasınca düşən, eşqindən yanıb-qovurulan şairlər olub. Bunlar Türkiyənin ən populyar şairləri - Turğut Uyar, Edip Cansever, Camal Sürəyadır. Vəziyyət belə olanda geriyə sadəcə bitən sevgi münasibətləri deyil, bir çox əvəzsiz ədəbiyyat nümunələri qalır.

Türk ədəbiyyatının tanınmış yazarı Tomris Uyar adına şeirlər yazılan, hər zaman həyatın ciddiyə alınacaq bir tərəfi olmadığını vurğulayan azad ruhlu bir qadın.

Dost qaldığı, ürəyini verdiyi, hətta evləndiyi şairlər onu hər an əllərindən uçub gedəcək bir quş ədası ilə sevdilər və haqsız da deyildilər. Çünki Tomris hər zaman açıq dənizlərə yelkən açmağı sevən bir qadın idi.

Onun ilk sevgi macərası kollecdə tanış olduğu Ülkü Tamerlə başlayır. Kollecdən məzun olar-olmaz Ülkü ilə ailə quran Tomris tərcümə etdiyi ilk əsəri də həmin illərdə Tamer soyadı ilə tamamlayır. Bir-birini dəlilər kimi sevən cütlüyün ailə həyatı bəlkə də o bədbəxt hadisə baş verməsəydi ölənə qədər davam edəcəkdi. Amma təəssüflər olsun ki, onların sevgiylə qurduqları ailə yenicə dünyaya gələn körpələrinin süddən boğularaq ölməsindən sonra dağılır. Onları həqiqətən də bir ölüm ayırmışdı.

Böyük sarsıntı yaşayan cütlük yaşadıqları bu faciənin təsirindən heç cür çıxa bilmir və qısa müddət sonra boşanırlar.

"Bir dövrün ilham qaynağı olan qadın"ı kimi tanınan Tomris Uyar əvvəlcə Camal Sürəya, sonra Turqut Uyar ilə fırtınalı bir eşq yaşayacaq və bu eşq macəraları Türk ədəbiyyatına bir çox ehtiras və sevgi dolu şeir gətirəcəkdi.

Tomris Uyarın həyatında yeni bir səhifə Camal Süreya ilə açılır. Onlar Ankarada "Sənətsevərlər Dərnəyində" təsadüfən eyni masa arxasında rakı içərkən tanış olurlar. Tanış olarkən isə hər ikisi evli olub. Hətta deyilənlərə görə cütlük həyat yoldaşlarından məhz bir yerdə ola bilmək üçün boşanıblar.

Camal Sürəya ən gözəl şeirlərini Tomris Uyar üçü yazır. O Tomrisə olan eşqini şeirlərinin birində belə ifadə edir:

Ay işığında oturduk Bileğinden öptüm seni Sonra ayakta öptüm Dudağından öptüm seni Kapı aralığında öptüm Soluğundan öptüm seni Bahçede çocuklar vardı Çocuğundan öptüm seni Evime götürdüm yatağımda Kasığından öptüm seni Başka evlerde karşılaştık İliğinden öptüm seni En sonunda caddelere çıkardım Kaynağından öptüm seni...

Hətta Türkiyənin məşhur müğənnisi Sezen Aksu tərəfindən səsləndirilən bu şeir qısa müddətdə Türkiyədə məşhurlaşır.

Camal Sürəya Tomrisi dəlicəsinə sevirdi. Tomris onun bütün dünyası olmuşdu. Hər axşam işdən çıxan kimi evə, onun yanına tələsirdi. Belə axşamların birində Tomris evə tez gələn Camal Sürəyaya: "Bir az gəz- dolaş, dostlarınla görüş, zaman keçirt" deyir. Ertəsi gün evə on dəqiqə gec gələn Camal Sürəya, sonrakı günlər gecikmələrin dəqiqələrini artırır. Bir axşam süfrə çırpmaq üçün pəncərəni açan Tomrisin binanın giriş qapısının ağzında Camalı görməsi ilə həqiqət ortaya çıxır. Məlum olur ki, Camal hər axşam işdən sonra evə gəlir, amma aşağıda oturub qəsdən gecikirmiş. Tomris Uyar bu vəziyyəti "Şahsiyet Rötarı" adlandırır.

Bu odlu-alovlu eşq macərasının ömrü üç il çəkir. Üç il sonra bitən bu ehtiraslı eşq, dostluğa çevirilir. Ayrıldıqdan sonra: "Məndən əl çəkdi, amma rahat ola bilmədi" deyən Tomirsə Camal belə cavab verir: "Səndən ayrıldığım anda, sənin və yazdığın hekayələrin haqqında sevgimi bildirəcək heç bir fikir söyləməyəcəyəm. Bu barədə mənim ağzımdan heç kim bir kəlimə də eşitməyəcək" deyir və həqiqətən də o gündən sonra Tomrislə bağlı heç nə yazmır.