Seçkilərlə bağlı 220dən artıq video görüntü araşdırılıb


Siyasət 15 Fev 2020 15:35:00 122 0

Seçkilərlə bağlı 220dən artıq video görüntü araşdırılıb

Mərkəzi Seçki Komissiyasının nəzdində faəliyyət göstərən Mətbuat qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov MSK-nın bu gün keçirilən iclasında deyib. O bildirib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb. Q.Orucovun sözlərinə görə, 220-dən artıq vieogörüntünün araşdırılması başa çatıb: "Bu görüntülər ümumilikdə 30 dairəni 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır".