Dehli sürətlə silahlanır: Böyük savaş təhlükəsi


Dünya 15 Fev 2020 15:22:00 120 0

Dehli sürətlə silahlanır: Böyük savaş təhlükəsi

Hindistanın son zamanlar sürətlə silahlanması regionda yeni bir müharibənin xəbərçisi ola bilər.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Hindistana səfəri zamanı 3,5 milyard dollar həcmində iki silah müqaviləsinin imzalanacağı barədə məlumatı şərh edərkən deyib. O bildirib ki, Hindistan son zamanlar təəccüb doğuran addımlar atır:

"Məsələn, Hindistan Rusiyanın bu yaxınlarda açıqladığı S-500 raket komplekslərini indidən almaq üçün Moskva ilə razılığa gəlib. Bundan əlavə, ABŞ-la da 3,5 milyard dollar həcmində iki silah müqaviləsi imzalanacaq. Hindistanın son zamanlar aldığı silahların böyük qismi hava hücumundan müdafiə sistemləridir. Hətta Hindistanın ABŞ-dan almaq istədiyi silahlar içərisində "Patriot" hava hücumundan müdafiə sistemləri də var. Görünür, Hindistan regionda havadan gələ biləcək hücumlara qarşı öz ordusunu təkmilləşdirir. Maraqlı məqam isə budur ki, regionda Hindistana hava zərbələri endirə biləcək yeganə ölkə Pakistandır".

Politoloq Kəşmir ətrafında münaqişənin hər an alovlana biləcəyini də qeyd edib:

"Hindistan ilə Pakistan uzun illərdir ki, Kəşmir ətrafında münaqişə yaşayır. Hindistan Kəşmiri özünə birləşdirmək istəsə də, ərazi üzərində Pakistanın da iddiaları var. Əslində, Kəşmir hər zaman Pakistanın ərazisi olub. Bu, İngiltərə müstəmləkəsi dövründə də belə olub. Nəzərə almaq lazımdır ki, Kəşmirin əhalisi bütövlükdə müsəlmandır. Digər tərəfdən Kəşmirin bir hissəsi bu gün Çin torpaqları çərçivəsindədir. Hindistan üçün Kəşmir hər zaman xarici siyasətdə əsas prioritet olub. Bu baxımdan Hindistan Kəşmiri həm Çindən, həm də Pakistandan geri almaq kimi xülyalara qapılıb".

Q.Hüseynli ABŞ-ın son zamanlar Hindistana dəstək verməsindən danışıb: