MSK sədri: "Məntəqələrdə pozuntularla bağlı müraciətlər DSKlara göndərilməlidir"


Siyasət 15 Fev 2020 15:11:00 100 0

MSK sədri: "Məntəqələrdə pozuntularla bağlı müraciətlər DSKlara göndərilməlidir"

Seçki məntəqələrdə baş verən pozuntularla bağlı dairə seçki komissiyalarına müraciət etmək lazımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, şikayət verən bəzi namizədlər narahatdır:

"Amma onların narahatlığına heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı isə məsələlərə DSK-larda baxılır".

Son.az