Məzahor Pənahov: "Heç kimdən çəkinəcəyimiz yoxdur"


Siyasət 15 Fev 2020 14:22:00 117 0

Məzahor Pənahov: "Heç kimdən çəkinəcəyimiz yoxdur"

Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti göz qabağındadır, tam qanunidir və bizim heç kimdən çəkinəcəyimiz yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu MSK sədri Məzahor Pənahov deyib. O bildirib ki, əgər qanun pozuntusu olsaydı beynəlxalq təşkilatlar dünyaya car çəkərdilər.

Qeyd edək ki, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir. İclasda MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək.

Son.az