Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir olub


Kriminal 15 Fev 2020 14:24:00 50 0

Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir olub

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Gecədə filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun "Aşıq yaradıcılığı" şöbəsinin müdiri Elxan Məmmədli çıxış edərək Dünyamalı Kərəmin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Dünyamalı Kərəmin 1930-cu illərdən, 2000-ci illərə kimi yazdığı şeirlərə nəzər saldıqda görürsən ki, hər dövr üçün bir rəngarənglik yaradıb. Yaradıcı insan hansı yaşda olmasına baxmayaraq, yaşadığı dövrün zamanını və nəbzini tutmağı bacarmalıdır. 100 yaşlı yubilyarın  doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından , uzunömürlülüyün sirrindən söz açılıb. Yubilyarın  gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər gördüyünü bildirilib.

Daha sonra səhnəyə yubilyar özü dəvət edilib. Yubilyar tədbirdə yalnız çıxışları dinləmək arzusunda olduğunu bildirib və 100 yaşının qeyd edilməsini şair ömrünə, şair adına, şair yaradıcılığına verilən ən böyük qiymət kimi dəyərləndirib. Uzunömürlüyünün sirrini isə bir fikirlə ifadə edib : "Hər kəs 100 il yaşamasa təqsir onun özündədir".

Aşıq Güllü Eldar Tomarlının aparıcılığı ilə keçən gecədə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun yubilyara təbrik məktubu oxunub. Həmçinin "Ulduz" jurnalının bədii redaktoru Ədalət Həsən, Aşıq Pəri məclisinin rəhbəri Pərvanə Zəngəzurlu yubilyarı təbrik edib, yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər. Tədbirin bədii hissəsində Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin aşıqları çıxış ediblər.

Məzahor Pənahov: "Heç kimdən çəkinəcəyimiz yoxdur" like
  • 15 Fev 14:22  
Siyasət Məzahor Pənahov: "Heç kimdən çəkinəcəyimiz yoxdur"

Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti göz qabağındadır, tam q

arrow Ətraflı
Məzahir Pənahov: “Heç kimdən çəkinəcəyimiz yoxdur” like
  • 15 Fev 14:18  
Siyasət Məzahir Pənahov: “Heç kimdən çəkinəcəyimiz yoxdur”

“Mərkəzi Seçki Komissiyasının fəaliyyətində hər hansı prosedur pozun

arrow Ətraflı
Avropada koronavirusla əlaqədar ilk ölüm faktı qeydə alındı like
  • 15 Fev 14:17  
Dünya Avropada koronavirusla əlaqədar ilk ölüm faktı qeydə alındı

Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusdan ölənlərin say

arrow Ətraflı
MSK sədrinin müavini: "Bəzi namizədlər cəmiyyəti çaşdırır" like
  • 15 Fev 14:15  
Siyasət MSK sədrinin müavini: "Bəzi namizədlər cəmiyyəti çaşdırır"

Bəzi namizədlər seçilməmələri ilə bağlı emosiyalarını müxtəlif for

arrow Ətraflı
MSK sədrinin müavini bəzi namizədlərin iddialarına münasibət bildirdi like
  • 15 Fev 14:14  
Siyasət MSK sədrinin müavini bəzi namizədlərin iddialarına münasibət bildirdi

“Bəzi namizədlərin seçilməməsi ilə bağlı emosiyalarını müxtəlif f

arrow Ətraflı
Muğam Mərkəzində musiqiliədəbi gecə keçirilib like
  • 15 Fev 14:14  
Kriminal Muğam Mərkəzində musiqiliədəbi gecə keçirilib

Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində musiqili-ədəbi gecə keçirili

arrow Ətraflı
Səfir: "Azərbaycan dünya idmanında vacib rol oynayır" like
  • 15 Fev 14:11  
Siyasət Səfir: "Azərbaycan dünya idmanında vacib rol oynayır"

"Azərbaycanda müntəzəm olaraq müxtəlif idman tədbirləri keçirilir.

arrow Ətraflı
Çavuşoğlu: “Türkiyə heyəti İdliblə bağlı Rusiyaya səfər edəcək” like
  • 15 Fev 14:09  
Dünya Çavuşoğlu: “Türkiyə heyəti İdliblə bağlı Rusiyaya səfər edəcək”

Fevralın 17-də Türkiyə heyəti İdlib bölgəsindəki vəziyyət ilə bağl

arrow Ətraflı
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib like
  • 15 Fev 14:09  
Digərləri Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50300579S d

arrow Ətraflı
MSK-nın iclası başlayıb like
  • 15 Fev 14:05  
Siyasət MSK-nın iclası başlayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

arrow Ətraflı
Mərkəzi Seçki Komissiyasının iclası başladı like
  • 15 Fev 14:05  
Siyasət Mərkəzi Seçki Komissiyasının iclası başladı

Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 9-da keçirilən növbədənkə

arrow Ətraflı
Hülya Avşar: 17 yaşında abort, 3 aylıq hamilə ikən evlilik və kürdlük iddiası like
  • 15 Fev 14:04  
Digərləri Hülya Avşar: 17 yaşında abort, 3 aylıq hamilə ikən evlilik və kürdlük iddiası

Son.az ölkə.az-a istinadən Hülya Avşarla bağlı yazını təqdim edir:

arrow Ətraflı
Külli miqdarda xarici valyutanı ölkədən çıxarmaq istədi, like
  • 15 Fev 13:59  
Digərləri Külli miqdarda xarici valyutanı ölkədən çıxarmaq istədi,

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda

arrow Ətraflı
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar like
  • 15 Fev 13:57  
İqtisadiyyat Bakıda daha bir marşrut xəttində yeni avtobuslar

Bakıda daha bir marşrut xəttində yeni avtobuslar

arrow Ətraflı