MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi - YENİLƏNİB


Siyasət 15 Fev 2020 14:26:00 129 0

MSK bir neçə dairə ilə bağlı müraciətləri DSK-lara göndərdi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb.

“Report” xəbər verir ki, həmin müraciətin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

*** 14:05

Mərkəzi Seçki Komissiyasının (MSK)iclası başlayıb.

"Report" xəbər verir ki, iclasdafevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədardaxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın sonuncu dəfəfevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlıqərar qəbul edilib.