Muğam Mərkəzində musiqiliədəbi gecə keçirilib


Kriminal 15 Fev 2020 14:14:00 117 0

Muğam Mərkəzində musiqiliədəbi gecə keçirilib

Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində musiqili-ədəbi gecə keçirilib. Gecədə rəssam, dizayner, şairə və bəstəkar Rəsminə Qürbətova və Yarat Müasir Sənət Mərkəzinin departament rəhbəri Ülviyyə Axundovanın müəllifləri olduğu 12 kompozisiya və şeir səslənib.

"Demo version of Love" adlı gecədə müəllifləri Bəbir Bəbirlinin rəhbərlik etdiyi musiqi qrupu müşayiət edirdi.

"Art Council Azərbaycan" təşkilatının dəstəyi ilə keçirilən tədbirdə sevginin demo versiyası- sevginin başlandığı yoldan ayrılığa qədərki məqamlarından söz açıldı.  Ülviyyə Axundova və Rəsminə Qürbətova əsərlərinin ruhi cazibədarlığı ilə tamaşaçıları laqeyd qoymadılar. Müəlliflərin hər sətrində səmimiyyət, xeyirxahlıq və mehribanlıq hiss olunurdu. Şeir nümunələrinin musiqinin müşayiətində hədsiz təsirli  bir şəkildə səslənməsi gecəyə bir səmimiyyət qatmış olub.

Qeyd edək ki, BMM bədii sənəti təbliğ məqsədilə bir çox layihələr həyata keçirir. Bu layihələrdən "Qəzəllər" , "Sirlər xəzinəsi" nin adını vurğulamaq olar.