Ana körpəsi yatmır deyə onun başını dəfələrlə yatağa çırpıb, boğdu


Dünya 15 Fev 2020 13:14:00 128 0

Ana körpəsi yatmır deyə onun başını dəfələrlə yatağa çırpıb, boğdu

Ana 1 yaş 4 aylıq körpəsinə yatmadığına görə işgəncə verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Minnesota ştatında yaşayan 27 yaşlı Chelsea Olinger adlı qadın vəhşiliyinə görə polis tərəfindən saxlanılıb.

O, yatmayıb, dayanmadan ağlayan körpəsinin başını dəfələrlə yatağın küncünə çırpıb. Qadın daha sonra yastıqla uşağı boğmağa çalışıb.

Ana daha sonra uşağını xəstəxanaya apararaq onun pilləkənlərdən yıxıldığını iddia edib. Həkimlər vəziyyətdən şübhələnərək məsələ ilə bağlı polisi məlumatlandırıblar.