Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq


Digərləri 15 Fev 2020 13:34:00 132 0

Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq

Rusiyada İkinci Dünya Müharibəsinin iştirakçısı, azərbaycanlı Məmməd Cəbrayılova xatirə lövhəsi qoyulacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Regnum.ru Voronej şəhər administrasiyasının mətbuat xidmətinə əsasən məlumat yayıb.

Bildirilir ki, lövhənin M.Cəbrayılovun Voronejdə yaşadığı evin qarşısında qoyulması planlaşdırılır.

Bu barədə qərar millətlərarası və dinlərarası münasibətlər üzrə koordinasiya şurasında qəbul edilib.

Lövhənin yerləşdirilməsi ilə bağlı Voronejdəki Azərbaycan diasporu da köməyini təklif edib.