Gürcüstan DİN azərbaycanlılara səyyar xidmətlər göstərməyə başladı


Sosial 15 Fev 2020 13:14:43 120 0

Gürcüstan DİN azərbaycanlılara səyyar xidmətlər göstərməyə başladı

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda səyyar xidmətlər göstərməyə başlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda səyyar xidmətlər göstərməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, DİN-in Vahid Xidmətlər Mərkəzinin mobil səyyar filialı “vahid pəncərə” sistemi üzrə fəaliyyət göstərir.

Marneuli sakinləri mart ayının 7-dək müasir avadanlıq və elektron tətbiqlərlə təchiz olunan xüsusi furqonda sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət nömrə nişanının qeydiyyata alınması, cərimələrin ödənilməsi və digər bu kimi 50-yə yaxın xidmətdən istifadə edə biləcəklər.

Anoloji mobil səyyar filial Borjomidə də fəaliyyət göstərir. DİN-in səyyar filialları ilk olaraq ötən ilin noyabrında Kaxeti və İmereti bölgələrində vətəndaşlara xidmətlər göstərib.

Layihənin məqsədi polis xidmətlərinə əlçatanlığın artırılmasıdır.