Agentlik: İcbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır


Digərləri 15 Fev 2020 12:34:00 129 0

Agentlik: İcbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır

"Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci "Fərqli fərdlər " Konqresində çıxışı zamanı deyib.

Ş.Eyvazov əlavə edib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb:"Artıq 23 rayon və şəhərdə ümumilildə 2 milyondan çox Azərbaycanlı vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir".

Ş.Eyvazov qeyd edib ki, agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri Idarəetmə Birliyinin (TƏBIB) tabeliyinə 3000-dən çox tibb müəssisəsinin idarəedilməsi həvalə olunub. Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var.