Otellərdə evli olmayan sevgililəri həbs ediblər


Dünya 15 Fev 2020 12:44:00 148 0

Otellərdə evli olmayan sevgililəri həbs ediblər

Dünyanın ən çox müsəlman yaşayan ölkəsi İndoneziyada polis Sevgililər Günü ilə bağlı reyd keçirib. Otellərdə evli olmayan sevgililəri həbs ediblər.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, "Daily Mail" İndoneziyadakı reydlə bağlı yazı hazırlayıb. Burada xüsusilə Cənubi Sulavesi əyalətinin Makasar şəhərində polislərin xeyli adamı saxladığı yazılıb.

Makasar polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında deyilir: "Sosial xəstəliklərə yox deyilməlidir. Biz cəmiyyətə mədəniyyətimizə və etikamıza uyğun davranmağı xatırladırıq. Prezervativlər yalnız evli insanlar üçündür. Bu, açıq satılmamalıdır. Xüsusilə uşaq şirniyyatının, məsələn, şokoladın yanında".

Saxlanılanların arasında Almaniyanın bir vətəndaşı da olub. Ona polis şöbəsində mənəviyyatla bağlı uzun mühazirə söyləyiblər.

Şəriət qanunlarının ciddi dayaqlarının olduğu Açex vilayərində Sevgililər Gününün qeyd olunması qadağan edilib. Depok şəhərində də bayram keçirilməsinə imkan verilməyib.