Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb


Siyasət 15 Fev 2020 12:33:23 142 0

Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycan vətəndaşı ilə görüşüb.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycanvətəndaşı iləgörüşüb.

“Report xəbər verir ki, iki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər.

Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər.

Daha sonra Heydər Əliyev Parkında ulu öndərin xatirəsini yad edən vətəndaşlarımızAnıtqəbiri ziyarətedərək Atatürkün xatirəsini anıb, sonra isə Məhəmmədəmin Rəsulzadənin məzarını da ziyarət ediblər.

Ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin QocaUhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.