Nazir müavini: "Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün səylər davam etdiriləcək"


Digərləri 15 Fev 2020 12:00:00 99 0

Nazir müavini: "Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün səylər davam etdiriləcək"

"Azərbaycanda həssas, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində səylər davam etdiriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqların sosial problemlərinin həlli ölkədə aparılan sosial islahatların vacib prioritet istiqamətlərindən biridir: "Göstərilən qayğının nəticəsi olaraq, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əlavə olaraq, 5 milyon manat vəsait ayrılmışdı. Ötən dövrdə ölkədə sosial layihələrin sayı 220-ni ötüb. 2019-cu ildə ayrıca olaraq, autizmli uşaqlar üçün sosial layhə icra olunub. Layihə çərçivəsində 800-dən artıq autizmli uşaq üçün reabilitasiya xidmətləri göstərilmişdi və bu prosesə 8-dən çox qeyri-hökumət təşkilatı cəlb olunmuşdu. Bu, inklüziv cəmiyyətin yaradılması üçün olduqca vacib layihədir".

A.Kərimov əlavə edib ki, Azərbaycanda uşaqlar il ərzində 14-dən çox sosial müdafiə növlərindən faydalanır.