Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar


Dünya 15 Fev 2020 12:14:00 147 0

Çindən təxliyyə edilən ukraynalıları ölkəyə buraxmırlar

Çindən təxliyyə edilən ukraynalıları ölkə ərazisinə buraxmaq istəmirlər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Kiyev vilayətinin Obuxovski rayon şurasının deputatları təcili iclas çağıraraq bu qərara gəliblər.

Onlar bu addımı yeni növ koronavirusun yerli sakinlər arasında yayılmasının qarşısını almaq üçün atdıqlarını bildiriblər.

Bununla bağlı məmurlar Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Ali Radanın "Xalqın xidmətçisi" partiyasının deputatı Aleksandr Dubinskiyə müraciət etməyi planlaşdırırlar.

Onlar Çinin Uhan şəhərindən təxliyyə olunan ukraynalıların Obuxovski rayonunda yerləşdirilməsindən imtina etmək istəyirlər.