"Həyatda etmədiyim tək şey qalıb, o da sən..."


Digərləri 15 Fev 2020 11:39:00 135 0

"Həyatda etmədiyim tək şey qalıb, o da sən..."

Məşhur aktyor Cim Kerri jurnalistə dediyi sözlərə görə sərt şəkildə qınanılıb.

Son.az Insider-ə istinadla bildirir ki, Cim Kerri yeni animasiya filmi "Sonic the Hedgehog"la bağlı Britaniya jurnallarından birinə açıqlama verib.

Aktyor müxbir Charlotte Long-un "filmdə Sonik həyatda edəcəyi şeylərin siyahısını hazırlayır. Bəs sizin özünüzün belə bir siyahısı var? Bu həyatda etmədiyiniz nə qalıb?" sualına "Sadəcə sən. Qalan hər bir şeyi etmişəm", - deyə cavab verib.

Özünü itirən jurnalist gülərək mövzunu dəyişməyə çalışıb.

Aktyor bu cavabına görə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib və sərt şəkildə qınanılıb.